Bu ilin birinci yarısında Türkiyəyə beynəlxalq birbaşa investisiya axını 4,7 milyard dollara çatıb.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu dövrdə Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələr Niderland, ABŞ, Almaniya, İrlandiya, Norveç və Böyük Britaniya olub.

Məlumata görə, bu göstərici illik müqayisədə 5% azalıb.

2002-ci ildən bəri Türkiyəyə daxil olan birbaşa investisiyaların ümumi dəyəri isə 268 milyard dolları ötüb.

 

Gözəl Həşimova