Qlobal düyü istehlakı son bir neçə ildə bir qədər artıb. 2022/2023-cü maliyyə ilində dünyada düyü istehlakı 437,18 milyon tondan 520,4 milyon tona yüksəlib.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 2021-ci ildə Çin təxminən 213 milyon ton düyü istehsal edərək dünya üzrə lider olub.

Hindistan 2022/2023-cü maliyyə ilində 47,8 milyon hektarla ən böyük düyü məhsulu sahəsinə sahib ölkə olub. Ən böyük düyü məhsulu sahəsinə malik olmaqla yanaşı, Hindistan bu maliyyə ilində ən böyük düyü ixracatçısı olub. Həmin dövrdə Hindistan 16,5 milyon ton düyü ixrac edib.

Araşdırmalara görə, 2023/2024-cü maliyyə ilində dünyada düyü istehlakı rekord səviyyəyə çatacaq. Belə ki, bu maliyyə ilində qlobal düyü istehlakının 522,1 milyon ton olacağı proqnoz edilir ki, bu da 2008/2009-cu maliyyə ilindən bəri ən yüksək səviyyədir.

Maliyyə ili

Dünyada düyü istehlakı

2008/2009

437,1 milyon ton

2009/2010

428,3 milyon ton

2010/2011

445 milyon ton

2011/2012

460,8 milyon ton

2012/2013

462,6 milyon ton

2013/2014

473,8 milyon ton

2014/2015

474,8 milyon ton

2015/2016

468,8 milyon ton

2016/2017

483,8 milyon ton

2017/2018

481,6 milyon ton

2018/2019

485 milyon ton

2019/2020

493,2 milyon ton

2020/2021

502,6 milyon ton

2021/2022

517,6 milyon ton

2022/2023

520,4 milyon ton

2023/2024

522,1 milyon ton

 

Qeyd edək ki, düyü dünyada ən çox istehlak edilən taxıllardan biridir. Dünyanın ən sıx məskunlaşan ölkəsi olan Çin, 2023/2024-cü maliyyə ilində təxminən 150 milyon ton düyü istehlak edib. Bununla da Çin dünyada ən çox düyü istehlak edən ölkə olub. Çindən sonra Hindistan eyni dövrdə 118 milyon ton düyü istehlakı ilə ikinci yerdə qərarlaşıb.

 

Gözəl Həşimova