Ötən ilin oktyabrından İsrail və HƏMAS arasında Qəzza zolağında davam edən müharibə nəticəsində son 48 saat ərzində 140-dan çox insan həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Son iki gündə Qəzzada 142 nəfər ölüb, 150 nəfər yaralanıb. Müharibə nəticəsində ölənlərin sayı 39 897 nəfərə, yaralananların sayı isə 92 152 nəfərə çatıb.

 

Gözəl Həşimova