Cəlilabad rayonunun Muğan kəndi ərazisində yerləşən Küllütüpə adlanan yerdə arxeoloji abidənin mövcud olduğu yeni qalıqlar aşkar olunub.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazi nəzarətə götürülüb, eləcə də arxeoloqların iştirakı ilə həmin əraziyə baxış keçirilməsi təmin olunub. 

Ərazi “Küllütəpə yaşayış yeri” adı ilə arxeoloji abidə qismində qeydə alınıb və daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq tədbirlər görülməkdədir.