Kənd Təsərrüfatı Nazirliyi (KTN) Zəngilan rayonunun Ağalı kəndində yeni layihənin icrasını həyata keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, KTN-in “Ağalı Kənd” layihəsi”nin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb və tenderin qalibi “AS İnşaat” MMC olub.

Nazirlik şirkətlə dəyəri 12 165 446 manat olan müqavilə bağlayıb.