“Lukoyl” Rusiyada elektrik avtomobilləri üçün xüsusi texniki mayelərin istehsalına başlayan ilk şirkət olub.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, şirkət özünün doqquz zavodunda, iki müştərək müəssisədə və 25 xarici zavodda yağlar istehsal edir.

Mayelər yaxın gələcəkdə pərakəndə satışa çıxarılacaq.

Şirkət qeyd edir ki, sürtkü yağları aparıcı avtomobil istehsalçılarının tələblərinə uyğun hazırlanır və beynəlxalq standartlara cavab verir.

 

Gözəl Həşimova