Dünya son 30 ilin ən isti günlərini yaşayıb. Belə ki, dünyada orta temperatur son 30 ilin üzərində qalıb və bunun arxasında duran ən böyük hərəkətverici qüvvə iqlim dəyişikliyidir.

İqtisadiyyat.az xəbər evrir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis (Clare Nullis) bildirib.

Araşdırmalar, 1991-2020-ci illər arasında qeydə alınan temperatur dəyərlərinin üzərində aparılıb.

Məlumata görə, bir çox Avropa ölkəsində iyul ayında havanın temperaturu rekord səviyyəyə çatıb. Yüksək temperatur bütün Avropada iyul və avqust aylarında təsirini davam etdirir. Bildirilib ki, Avropa son 50 ildə qlobal orta göstəricidən iki dəfə çox istiləşib.

Mütəxəssislər yüksək temperaturun qısa müddətdə bir çox bölgələrə təsirini davam etdirəcəyini proqnozlaşdırırlar.

 

Gözəl Həşimova