BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında onlarla insanın ölümü ilə nəticələnən Əl-Tabiyin məktəbinə endirdiyi zərbəni pisləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"Baş katib yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı Tabiyin məktəbinə İsrailin növbəti dağıdıcı zərbəsini, nəticədə qadın və uşaqlar da daxil olmaqla, davam edən can itkisini pisləyir", - deyə Haq bildirib. 

Quterreş, həmçinin mülki əhalinin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.