Azərbaycanda iki özəl tibb müəssisəsi birləşib.

İqtisadiyyat.az xəbər verir ki, bunlar "American Hospital" və "Leyla Medical Center"dir.

Belə ki, "American Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilərək "Leyla Medical Center" MMC-yə qoşulduğunu elan edib.

Qeyd edək ki, "American Hospital" MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ağalarlı Söhrab Balabəy oğludur. "Leyla Medical Center" MMC isə 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Vahabov Elnur Ramizoviçdir.