Son bir neçə ayda ilk dəfə olaraq Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atılmasına cəhd edilib.

İqtisadiyyat.az "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, raketlərdən biri Qəzzanın ərazisinə, ikincisi isə İsrailin mərkəzi hissəsinə düşüb. İtkilər barədə məlumat verilmir.

HƏMAS-ın mətbuat xidmətindən verilən açıqlamada isə bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı bildirilib.