İngiltərə Bankı "Spink & Sons" hərrac evi ilə birlikdə kral III Çarlzın təsviri olan yeni əskinasların satışı üzrə bir sıra hərraclar keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

İngiltərə Bankı bu əskinasların satışından 914 127 funt sterlinq (1,17 milyon dollar) qazanıb.

İngiltərə Bankı yığılan vəsaiti 10 xeyriyyə təşkilatına, o cümlədən imkansız ailələrdən olan uşaqlara kömək edən təşkilatlara bağışlayacaq.

Qeyd edək ki, III Çarlzın portreti olan əskinaslar bu ilin iyununda dövriyyəyə buraxılıb.

 

Gözəl Həşimova