Şərur rayon Tənənəm kənd avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qurum tərəfindən işlər aparılır.

Hazırda kənd avtomobil yolunun əsaslı təmiri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 18,5 kilometrdir. 

İki zolaqdan ibarət olacaq yolda yol yatağı genişləndirilib, qum-çınqıl qatı verilib, 1 körpü təmir olunub, 1 beton su keçidi və 9 ədəd kanal tipli beton su keçidi tikilib. Yol kənarına 2008 metr uzunluğunda beton kanal inşa olunub, 17300 metr içməli su xətti çəkilib.