Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ABŞ-ni tənəzzüldə olan bir ölkə adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "X" səhifəsində yazıb.

"İqtisadiyyatımız məhv edilib. Sərhədlərimiz silinib. Biz tənəzzülə uğrayan bir xalqıq", - Tramp qeyd edib.

Qeyd edək ki, Tramp təxminən bir illik sükutdan sonra "X"ə qayıdıb. Bazar ertəsi o, 2024-cü ildə ilk dəfə öz səhifəsində bir paylaşım edib.