Biləsuvar rayonunda bir sıra bələdiyyə sədrləri yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bələdiyyə sədrlərinin hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Barələrinə protokol tərtib olunan bələdiyyə sədrləri aşağıdakılardır:

1) Təzəkənd kənd bələdiyyəsinin sədri - Azadov İltimas Balaqardaş
2) Xırmandalı kənd bələdiyyəsinin sədri - Əzizov İlqar Zülfi oğlu 
3) Əliabad kənd bələdiyyəsinin sədri - Əliyev Məhəmməd Sayadxan oğlu 
4) Çinarlı və Aranlı kənd bələdiyyəsinin sədri - Rzayev Pərviz Hazar oğlu 
5) Zəhmətabad kənd bələdiyyəsinin sədri - Nuriyev Dilavər Ələkbər oğlu 

Adları çəkilən hər bir bələdiyyə sədri barəsində tərtib olunan protokollar rayon məhkəməsinə göndərilib.

Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.