Bu ilin yanvar-iyun aylarında Belarus iqtisadiyyatına xarici investisiyalar 4,1 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkə Rusiya olub. Belə ki, Rusiya Belarusa yatırılan ümumi sərmayənin 66,8 faizini təşkil edib.

İnvestisiyaların 9,7%-i Kiprin, 7,5%-i BƏƏ-nin payına düşüb.

 

Gözəl Həşimova