ABŞ Prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ yaxın aylarda Səudiyyə Ərəbistanına dəyəri 750 milyon dollardan çox olan bombalar tədarük edəcək. Qeyd olunub ki, bunlara 2021-ci ildə tədarükü dayandırılmış 3 min kiçik diametrli bomba və 7,5 min “Paveway IV” bombası daxildir.

Nəşr yazır ki, silah təhvilləri Ağ Evin neftlə zəngin krallıqla daha sıx əlaqələr qurması, eləcə də dividendlər verəcəyi ümidi ilə Ər-Riyadı özünə cəlb etmək səyləri daşıyır.

 

Sadiq Cavadov