Qəzza zolağındakı 564 məktəbdən ən azı 477-si İsraillə HƏMAS qruplaşması arasında gedən qarşıdurma zamanı atəşə tutulub və dağıdılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Bildirilib ki, 344 təhsil müəssisəsi birbaşa zərbəyə məruz qalıb, daha 133-ü isə onların yaxınlığındakı hərbi əməliyyatlar nəticəsində məhv edilib.

Bunlara 264 dövlət məktəbi və 57 özəl məktəb daxildir.

 

Gözəl Həşimova