İngiltərə Baş naziri Keir Starmer ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, söhbət 30 dəqiqə davam edib. Starmer Pezeşkianı Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək etməyə çağırıb.