Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, danışıqlardan əvvəl iki ölkənin Təhlükəsizlik Şuralarının aparatları arasında məsləhətləşmələr aparılıb. Tərəflər geniş təhlükəsizlik gündəliyini müzakirə edib və strateji tərəfdaşlığın hərtərəfli gücləndirilməsinə diqqətlərini təsdiqləyiblər.