Moskvanın Taqanski Rayon Məhkəməsi növbəti dəfə “Telegram” messencerini cərimələyib. 

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

İnzibati cəzaya səbəb messencer administrasiyasının Rusiya Federasiyası ərazisində qadağan olunmuş məlumatları silməkdən imtina etməsi olub.

Məhkəmə “Telegram” messencerini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini (Sayt sahibinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatları silməməsi) pozmaqda təqsirli bilib. Beləliklə, şirkətə 4 milyon rubl məbləğində inzibati cərimə tətbiq etmək qərarı verilib.

Eyni səbəbdən artıq bir neçə dəfədir ki, "Telegram" Rusiyada cərimələnir.

 

Sadiq Cavadov