Almaniya ötən il Fransanı qabaqlayaraq Avropa İttifaqında (Aİ) ən böyük donor olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyatı İnstitutunun məlumatında deyilir.

Bildirilib ki, ölkə Aİ büdcəsinə ondan aldığından 17,4 milyard avro çox vəsait ödəyib. 2022-ci ildə bu rəqəm 19,7 milyard avro təşkil edib. Məlumata görə, azalmanın səbəbi zəif iqtisadi vəziyyət olub.

2023-cü ildə Fransa aldığından təxminən 9 milyard avro çox ödəyib. İtaliya təxminən 4,5 milyard avro xalis töhfə ilə üçüncü yerdədir.

Qeyd olunur ki, Almaniya Aİ-nin daxili bazarından ən çox faydalanan ölkə hesab olunur. Ötən il Aİ-nin büdcəsi 173,1 milyard avro təşkil edib.

 

Gözəl Həşimova