Astanada keçirilən biznes forumda Mərkəzi Asiya və Yaponiya şirkətləri arasında 22 əməkdaşlıq sənədi imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi məlumat yayıb.

Onlar enerji və ekologiya, nəqliyyat və logistika, rəqəmsallaşma, təhsil, maşınqayırma, tibb və turizm kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Yaponiyadan 350-dən çox şirkətin iştirak etdiyi forumda bu sənədlər imzalanıb.

Qeyd edək ki, forum avqustun 9-da Astanada keçirilib.

 

Gözəl Həşimova