Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 88 mənzil alıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) iyul ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.

Beləliklə, azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar siyahısında 7-cı sırada qərarlaşıb.

Hesabat dövründə Türkiyədə mənzil satışlarının sayı keçən ilin eyni ayına görə 16% artaraq 127 min 88-ə çatıb.

Mənzil satışlarında 19 min 47 ev satışı ilə lider İstanbul olub.

Bu dövr əzində Rusiya vətəndaşları Türkiyədə 485 mənzil alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 171 mənzil ilə Ukrayna, 162 mənzil ilə Almaniya vətəndaşları izləyib.

 

Gözəl Həşimova