İndoneziyanın yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillər olmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo təsdiqləyib.

Onun sözlərinə görə, yeni paytaxtda elektriklə işləyən avtomobillər nəqliyyat vasitəsi kimi istifadə ediləcək:

"Paytaxt Nusantarada inkişaf edəcək yeganə iqtisadiyyat yaşıl iqtisadiyyatdır. Benzinlə işləyən daxili yanma mühərrikli avtomobillər Nusantarada qadağan olunacaq, çünki onun konsepsiyası yaşıl şəhərdir".

 

Gözəl Həşimova