2024-cü ilin iyul ayı ərzində 9 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq DSMF tərəfindən ödəniş edilib.

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 4 566 nəfər qız uşağı, 5 107 nəfər oğlan uşağına görə aparılıb.