"İran apreldə İsrailə hücumdan əvvəl həyata keçirdiyi hazırlıq tədbirlərinin bənzəri olan yeni tədbirlər görüb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Jurnalist özünün "X" səhifəsində yazıb: "İran aprel ayında İsrailə hücumdan əvvəl raket və dron bölmələrində yerinə yetirdiyi hazırlıq addımlarına bənzər tədbirlər görüb".

Başqa bir "Axios" mənbəsi bildirib ki, İran hücum həyata keçirmək əzmini "açıq şəkildə göstərir" və aprel ayında həyata keçirdiyi hücumu keçəcəyini söyləyir.