İyulda Rusiyanın neft ixracının həcmi sutkada 280 min barel azalaraq 7,4 milyon barel olub ki, bu da 2023-cü ilin avqustundan bəri ən aşağı səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) avqust hesabatında deyilir.

Məlumata görə, xammalın bahalaşması səbəbindən ölkənin ixrac gəlirləri 880 milyon dollar artaraq 17,12 milyard dollara çatıb.

IEA qeyd edir ki, neft ixracının azalması, əsasən, neft emalı zavodlarının təmir olması ilə əlaqəlidir.

 

Gözəl Həşimova