Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ölkədə səfərdə olan türkmənistanlı həmkarı Rəşid Meredovla görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, tərəflər regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Onlar, həmçinin nəqliyyat, enerji və infrastruktur sahəsində əməkdaşlıq barədə danışacaqlar.

Türkmənistan XİN başçısının Türkiyəyə səfəri iki gün davam edəcək.