“Mərkəzi Seçki Komissiyası (MSK) daim şəffaf fəaliyyət göstərir və əməkdaşlığa açıqdır”. 

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

MSK sədri diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.

M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini də diqqətə çatdırıb.