Rusiyanın "Nijeqorodskiy Ximiko-Farmosevtiçeskiy Zavod" Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi bağlanır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nümayəndəlik özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi küçəsi, ev 49C, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Nijeqorodskiy Ximiko-Farmosevtiçeskiy Zavod" Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Bəşirov Mirbəşir Firudin oğludur.