İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi yüksək rütbəli zabitlərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib və bir neçə istiqamət üzrə yeni fəaliyyət planlarını təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə bəzi ordu idarələrinin rəhbərləri, Şimal Komandanlığının, Maddi-Texniki Təminat Komandanlığının və İsrail Hərbi Hava Qüvvələrinin komandirləri və digər hərbi rəhbərlər iştirak ediblər. 

Bildirilir ki, iclas xüsusilə müxtəlif sahələr üzrə fəaliyyət planlarının təsdiqinə həsr olunub.

"Baş Qərargah rəisi yüksək döyüş hazırlığının və hücuma və müdafiəyə hazırlaşmaq üçün səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb", - ordudan bildiriblər.