Paytaxtın Xəzər rayonunda 35/6 kV-luq 2x10 MVA gücündə "455" saylı yarımstansiyası yenidən qurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, həmçinin yarımstansiyanın mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri aparılacaq.

Qurum sözügedən işlərin 4,8 milyon manata başa gələcəyini ehtimal edir.