Pakistan Hökumətinin İqtisadiyyat Komitəsi departamentlərin fəaliyyəti üçün büdcədən ayrılan vəsaitləri azaltmaq məqsədilə Səhiyyə Nazirliyini ləğv etmək üçün proqram hazırlayıb.

Bu barədə İqtisadiyyat.az “The News İnternational”a istinadən xəbər verir.

Məlumata görə, ləğv edilən nazirliyin yerində Sosial Məsələlər Sektorunun yaradılması nəzərdə tutulur ki, onun vəzifəsinə əhaliyə səhiyyə və sosial yardım xidmətlərinin göstərilməsi üzrə departament də daxildir.

Ləğv edilmiş Səhiyyə Nazirliyinin 692 vəzifəli şəxsi təqaüdə, ehtiyata və ya digər dövlət qurumlarına göndəriləcək.

 

Gözəl Həşimova