Dünyada iyul ayında elektrikli avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 1,4 milyona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə elektrikli avtomobillər sahəsində çalışan Böyük Britaniyada yerləşən "Rho Motion" konsaltinq firması məlumat dərc edib.

İyul ayında elektrikli avtomobil satışları Avropa İttifaqı (Aİ) və İngiltərədə illik bazda 8% azalarkən, Çində 31% artıb.

Bu ilin yanvar-iyul dövründə dünya üzrə elektrikli avtomobil satışları 21% artaraq 8,4 milyona çatıb. Ümumi satışın 5 milyonu Çinin payına düşüb.

 

Gözəl Həşimova