Türkiyədən iyul ayında zərgərlik məmulatları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 948,4 milyon dollara çatıb.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə qızıllarının əsas alıcısı 508,7 milyon dollarla Birləşmiş Ərəb Əmirliklərinə olub.

Bildirilib ki, ölkədə keçirilən zərgərlik yarmarkaları bu məhsullara xaricdən tələbatın artmasına öz töhfəsini verir.

Qeyd edək ki, Türkiyənin ümumi ixracı iyul ayında 13,8% artaraq 22,5 milyard dollara çatıb.

 

Gözəl Həşimova