“Ukraynada müharibə artıq 15-ci gündür ki, davam edir. Bu müddət ərzində Rusiya tərəfi ciddi itkilər verib”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 12 mindən çox hərbçisi ölüb.

Döyüşlər zamanı Rusiya ordusunun 335 tankı, 1105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 56 reaktiv yaylım atəş sistemi, 49 hərbi təyyarə, 81 hərbi helikopter, 526 avtomobil texnikası, 3 sürət kateri, 60 yanacaq çəni, 7 kəşfiyyat PUA-sı, 29 HHM sistemi məhv edilib.