Gürcüstanda 19 sentyabr 1949-cu ildə imzalanmış "Yol Hərəkəti haqqında" Cenevrə Konvensiyasına əsasən beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi “Facebook”da bildirib.

Məlumata görə, beynəlxalq lisenziyalar milli sürücülük vəsiqəsi əsasında bir il müddətinə veriləcək. Sənəd Gürcüstandan kənarda Cenevrə Konvensiyasını imzalamış ölkələrdə etibarlı olacaq.

 

Gözəl Həşimova