"NATO-nun "Geilenkirchen" aviabazasında mümkün təxribat işi araşdırılır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" məlumat yayıb.

Məlumata görə, oradakı içməli su çirklənmiş ola bilər. Baza öz su təchizatı sistemindən istifadə edir, ona görə də ətrafdakı sakinlərə ziyan dəyməyib.

"NATO-nun kəşfiyyat təyyarələri Geilenkirchendə yerləşdirilib", - bunu isə "Bild" qəzeti yazır. 

Bundan əvvəl oxşar hadisə Almaniya Hərbi Hava Qüvvələrinin Köln yaxınlığındakı kazarmasında da qeydə alınıb.

"Spiegel" jurnalı qeyd edir ki, aviabazanın səddində dəlik aşkarlanıb, su təchizatı sistemində nasazlıqlar olub. Çox güman ki, su zəhərlənib.