"Qəbələ-Tikiş" Açıq Səhmdar Cəmiyyəti təşkilati-hüquqi forması dəyişir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Şirkətin yaydığı açıqlamada deyilir ki, ASC bundan sonra fəaliyyətini MMC formasında davam etdirəcək.

Qeyd edək ki, "Qəbələ-Tikiş" 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin hazırda qanuni təmsilçisi Cəmil Muradov Tahir oğludur. C.Muradov əvvəllər ləğv olunmuş “Gilan Holding”ə rəhbərlik edib. Onun həmçinin daha bir neçə şirkətin qanuni təmsilçisi olduğu bildirilir.