"Mançester Yunayted” portuqaliyalı yarımmüdafiəçi, komandanın kapitanı Bruno Fernandes ilə əməkdaşlığı bir il uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, 29 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.

Bruno Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir, 233 oyunda 79 qol vurub və 66 məhsuldar ötürmə edib.

Transfermarkt Bruno Fernandesin transfer dəyərini 70 milyon avro qiymətləndirir