Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər yerləşdirilib. 9 zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir

***

19:46

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

İqtisadiyyat.az xəbər verir ki,  mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir

***

19:19

Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır