Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilib.

Bu barədə İqtisadiyyat.az-a Elm vəTəhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.