14 avqust 2024-cü il tarixində Biləsuvar şəhəri “Cümə” məscidində (toplantı zalında)  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsinin) Şirvan-Salyan regional bölməsinin (bölmə) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Tolerantlıq sülhün və birgə yaşayışın təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə bölmənin məsləhətçisi Cavid Dadaşov, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı – dini işlərin təşkilatçısı Ziya Qurbanov, Biləsuvar şəhəri “Cümə” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Əlifağa Murtuzov və din xadimləri iştirak etmişdilər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb. Tədbir zamanı ilk növbədə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi din sahəsində də aparılmış əsaslı islahatlardan bəhs olunmuşdur. Cənab Prezident İlham Əliyevin tolerantlıq və multikultural dəyərləri Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətinə çevirməsindən söz açılmışdır. Məhz elə bu səbəbdən ölkəmizdə müxtəlif etnik köklərə mənsub xalqların birlikdə, öz dini ayin və mərasimlərini sərbəst və müstəqil yerinə yetirmələri üçün münbit şərait yaranmışdır.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.