Vətən müharibəsi iştirakçısı Fikrət Şamxalov Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbə direktor təyin edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumatı İqtisadiyyat.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Fikrət Şamxalov 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.