Yaponiya iqtisadiyyatı bu ilin ikinci rübündə illik müqayisədə 3,1% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Göstəricinin artması daxili istehlakın genişlənməsi və avadanlıqlara qoyulan investisiyalar hesabına baş verib. Bildirilib ki, mövcud iqtisadi şərait davam edərsə, ölkənin ümumi daxili məhsulu bu il ərzində daha da artacaq.

Beləliklə, Yaponiyanın nominal ümumi daxili məhsulu (ÜDM) ikinci rübdə tarixdə ilk dəfə olaraq 600 trilyon yeni (4 trilyon dollar) ötüb.

 

Gözəl Həşimova