Bakı Dövlət Universitetinin (BDU) Yüksək Texnologiyalar Mərkəzinin tikintisinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, universitet tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Ali təhsil müəssisəsi Yüksək Texnologiyalar Mərkəzinin tikintisinin 3.780.994,94 manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, Yüksək Texnologiyalar Mərkəzi 2014-cü ildə universitetin ozamankı rektoru Abel Məhərrəmovun zamanında BDU Elmi Şurasının qərarı əsasında yaradılıb. Sonradan Mərkəzin tikintisinə başlanılsa da, yarımçıq qalıb.