İsti temperatur ötən il Avropada 47 mindən çox insanın ölümünə səbəb olub.

İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, ən çox zərər çəkən bölgələr qitənin cənubundakı ölkələr olub. Bildirilib ki, ötən il dünyada ən isti il hesab olunub.

Araşdırmalara əsasən, iqlim dəyişikliyi temperaturu yüksəltməyə davam etdikcə, avropalılar dünyanın ən sürətlə istiləşən qitəsində yaşayır və sağlamlıq riskləri ilə üzləşirlər.

 

Gözəl Həşimova