“X” və “Tesla” şirkətlərinin sahibi olan İlon Mask 235 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olaraq liderliyini qoruyur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" şirkət səhmlərinin dəyərinə əsasən hesabatını açıqlayıb.

Amerikanın onlayn pərakəndə satış şirkəti olan "Amazon"un yaradıcısı Ceff Bezos ikinci yerdə mövqeyini qoruyub. Onun hazırda sərvəti 193 milyard dollar olaraq qiymətləndirilir.

"LVMH"nin sahibi olan Bernard Arno artıq dünyanın ən zəngin üç adamı arasında deyil. Arno bu reytinqdə 4-cü yerə enib.

Məlumata görə, "Meta" korporasiyasının rəhbəri Mark Zukerberq 188 milyard dollar sərvət ilə siyahıda üçüncü yerə yüksəlib.

Beləliklə, dünyanın ən zəngin üç adamı ABŞ vətəndaşlarıdır.

 

Gözəl Həşimova