İyulda ABŞ-də istehlak qiymətləri illik müqayisədə 2,9% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Əmək Departamentinin məlumatında bildirilir.

Məlumata görə, bu ilin iyununda bu göstərici 3%, mayda 3,3%, apreldə 3,4%, martda isə 3,5% olub. Aylıq əsasda istehlak qiymətləri iyunda 0,1% ilə müqayisədə iyulda 0,2% artıb.

Qeyd olunub ki, ölkədə işsizlik səviyyəsi iyunda 4,1%-dən iyulda 4,3%-ə yüksəlib. Bu, Vaşinqton administrasiyasının pandemiya ilə mübarizə apardığı 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.