ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 1,4 milyon barel artaraq avqustun 9-na 430,7 milyon barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb. 

Departament aydınlaşdırıb ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 5% aşağıdır.

Bakı vaxtı ilə saat 18:32-də Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçersləri 0,82% azalaraq 80,31 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 1,34% azalaraq barelə görə 77,86 dollar olub.